Şriftin ölçüsü :

Saytın rəngi :

Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Oraban kəndinin sakinləri ilə görüşüb

12 iyul 2023 | 09:52

İyul ayının 11-də Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov Oraban kəndinin sakinləri ilə görüşüb.

Səyyar qəbulda başçının müavinləri, aparatın şöbə müdirləri, idarə və müəssisə rəhbərləri, kənd sakinləri iştirak ediblər.

Əvvəlcə Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü yolunda canını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov çıxış edərək cari ilin 5 iyul tarixində Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun nazirlər görüşündə Prezident cənab İlham Əliyevin çıxışından önəmli mesajları görüş iştirakçılarının nəzərinə çatdırıb, ölkəmizdə son müddətdə sosial-iqtisadi sahədə həyata keçirilən mühüm tədbirlərdən söz açıb, rayonda görülən işlərdən, qarşıda duran vəzifələr haqqında məlumat verib.

Sonra kənd sakinləri Abdurahmanov Hikimət, Alxasov Əlixan, Yusibov Məzahir və başqaları çıxış edərək Şəki-Oğuz şossesindən Oraban kəndinə gələn 6 km yolun asfaltlaşdırılmasına köməklik göstərilməsi, kənddə təbii qazın verilməsi, elektrik xətlərinin SİP kabelləşdirilməsi və sair məsələləri xahiş ediblər.

Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov qaldırılmış məsələlərlə bağlı tapşırıq verib və tövsiyələrini bildirib.

Keçidlər