Şriftin ölçüsü :

Saytın rəngi :

Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Orta Zəyzid kəndində səyyar qəbul keçirib

06 mart 2023 | 17:25

Martın 6-da Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov Orta Zəyzid kəndində səyyar qəbul keçirib.

Səyyar qəbulda başçının müavinləri, aparatın şöbə müdirləri, idarə və müəssisə rəhbərləri, kənd sakinləri iştirak ediblər.

Əvvəlcə Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü yolunda canını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov çıxış edərək ölkəmizdə ictimai-siyasi sahədə baş vermiş mühüm hadisələrdən  danışıb, Prezident cənab İlham Əliyevin cari ilin 2 mart tarixində Qoşulmama Hərəkatının COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Zirvə görüşündə çıxışından bəzi fikirləri görüş iştirakçılarının diqqətinə çatdırıb.

Sonra kənd sakinləri Abdullayev Fərrux, Süleymanov Əmirxan və başqaları çıxış edərək Orta Zəyzid kəndinin mərkəzi küçəsinin əsaslı təmiri, yararsız telefon dirəklərinin və xətlərinin dəyişdirilməsi, internetin sürətinin artırılması, sahibsiz itlərin zərərsizləşdirilməsi və sair məsələləri xahiş ediblər.

Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov qaldırılmış məsələlərlə bağlı tapşırıq verib və tövsiyələrini bildirib.

Görüşdə, həmçinin,  ölkəmizin şimal-qərb və qərb rayonlarının ərazisində qəhvəyi mərmər bağacığının müşahidə edildiyi bildirilmiş, bu zərərverici ilə mübarizə tədbirləri barədə məlumat verilmişdir.

Keçidlər