Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Öryət kəndinin sakinləri ilə görüşüb
Sentyabrın 22-də Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov Öryət kəndinin sakinləri ilə görüşüb.
Səyyar qəbulda başçının müavinləri, aparatın şöbə müdirləri, idarə və müəssisə rəhbərləri, kənd sakinləri iştirak ediblər.
Əvvəlcə Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü yolunda canını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Kənd sakinlərini salamlayan Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov sentyabrın 16-da Səmərqənddə Şanxay Əməkdaşlıq Təşkilatına üzv ölkələrin Sammitinin keçirildiyini bildirib, sakinlərə Prezident cənab İlham Əliyevin tədbirdəki çıxışından önəmli mesajlar çatdırıb. Sonra icra başçısı rayonda son dövrlərdə görülmüş işlər və qarşıda duran vəzifələr haqqında məlumat verib.
Sonra kənd sakinləri Nazim Müslümov, Söhrab Abdullayev və başqaları Öryət kəndinə gələn yolun 1,5 km hissəsinin əsaslı təmirinə köməklik göstərilməsi, yararsız elektirik dirəklərinin və xətlərinin dəyişdirilməsi, EATS quraşdırılmasına köməklik göstərilməsi və sair məsələləri xahiş ediblər.
Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov qaldırılmış məsələlərlə bağlı tapşırıq verib və tövsiyələrini bildirib.