Şriftin ölçüsü :

Saytın rəngi :

Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Oxud kəndində səyyar qəbul keçirib

28 aprel 2022 | 17:53

Şəki  Şəhər  İcra  Hakimiyyətinin başçısı  Elxan Usubov  aprelin 28-də Oxud kəndinin sakinləri ilə görüşüb.

Səyyar qəbulda başçının müavinləri, aparatın şöbə müdirləri, idarə və müəssisə rəhbərləri, kənd sakinləri iştirak ediblər.

Əvvəlcə Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü yolunda canını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov çıxış edərək kənd sakinlərini salamlamlayıb. Bildirib ki, 2018-ci ildə yenidən Prezident seçilməsindən ötən müddət ərzində cənab İlham Əliyevin əldə etdiyi ən böyük uğur, düşmən üzərində qazanılmış tarixi Qələbə və işğalı altında olan torpaqlarımızın azad olunmasıdır. İcra başçısı aprelin 22-də Şuşa şəhərində keçirilən Dünya Azərbaycanlılarının V Qurultayında- Zəfər Qurultayında çıxış edən Prezident cənab İlham Əliyevin nitqindəki əsas məqamları görüş iştirakçılarının nəzərinə çatdırıb.

Sonra icra başçısı rayonda görülmüş işlər və qarşıda duran vəzifələr haqqında məlumat verib.

Kənd sakinləri Ülfət Abdullayev, Murad İsmayılov və başqaları çıxış edərək Oxud kəndinin yeni yaşayış massivində 100 qədər evin təbii qazla təmin olunması, kənd məktəbində qazanxana sisteminin yenilənməsi və qazla təmin olunması,Oxud kənd uşaq bağçası üçün yeni binanın  tikilməsi və sair məsələləri xahiş ediblər.

Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov qaldırılmış məsələlərlə bağlı tapşırıq verib və tövsiyələrini bildirib.

Keçidlər