Şriftin ölçüsü :

Saytın rəngi :

Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Oxud kəndinin sakinləri ilə görüşüb

12 may 2023 | 17:04

May ayının 12-də Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov Oxud kəndinin sakinləri ilə görüşüb.

Səyyar qəbulda başçının müavinləri, aparatın şöbə müdirləri, idarə və müəssisə rəhbərləri, kənd sakinləri iştirak ediblər.

Əvvəlcə Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü yolunda canını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov çıxış edərək may ayının 10-da Prezident cənab İlham Əliyevin Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi münasibətilə Azərbaycan xalqına müraciətində səsləndirdiyi bəzi fikirləri görüş iştirakçılarının diqqətinə çatdırıb, ölkəmizdə sosial-iqtisadi sahədə həyata keçirilən mühüm tədbirlərdən söz açıb, rayonda görülən işlərdən, qarşıda duran vəzifələrdən danışıb.

Sonra kənd sakinləri İsmayılov Murad, Rəcəbova Gülşəndə, Adışirinov Tahir və başqaları çıxış edərək Oxud kəndinə gedən yolunun əsaslı təmir olunması,  kəndin  yeni yaşayış massivinə təbii qazın verilməsi, “Eysağı” adlanan məhəllədə artezian quyusunun qazılması, Oxud kənd tam orta məktəbinin əsaslı təmir olunması və sair məsələləri xahiş ediblər.

Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov qaldırılmış məsələlərlə bağlı tapşırıq verib və tövsiyələrini bildirib.

Keçidlər