Şriftin ölçüsü :

Saytın rəngi :

Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Qaradağlı kəndinin sakinləri ilə görüşüb

22 noyabr 2022 | 18:06

Noyabrın 22-də Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov Qaradağlı kəndinin sakinləri ilə görüşüb.

Səyyar qəbulda başçının müavinləri, aparatın şöbə müdirləri, idarə və müəssisə rəhbərləri, kənd sakinləri iştirak ediblər.

Əvvəlcə Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü yolunda canını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov çıxış edərək ötən həftə ölkəmizin ictimai-siyasi həyatında baş verən mühüm hadisələrdən söz açıb. Sonra icra başçısı rayonda son dövrlərdə görülmüş işlər və qarşıda duran vəzifələr haqqında məlumat verib.

Görüşdə Babaratma kənd sakini, Vətən müharibəsi iştirakçısı Murad Muradova verilən “Vətən müharibəsi iştirakçısı” medalı atasına təqdim olunub.

Sonra kənd sakinləri Pakizə Paşayeva, Araz Məmmədov və başqaları çıxış edərək Qaradağlı kəndinin mavi qazla təmin olunması, köhnəlmiş elektrik dirəklərinin dəyişdirilməsi, mal-qara üçün örüş yerinin ayrılması və sair məsələləri xahiş ediblər.

Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov qaldırılmış məsələlərlə bağlı tapşırıq verib və tövsiyələrini bildirib.

Keçidlər