Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Qaratorpaq kəndində səyyar qəbul keçirib
Aprelin 19-da Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov Qaratorpaq kəndində səyyar qəbul keçirib.
Səyyar qəbulda başçının müavinləri, aparatın şöbə müdirləri, idarə və müəssisə rəhbərləri, kənd sakinləri iştirak ediblər.
Əvvəlcə Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü yolunda canını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov çıxış edərək cari ilin aprel ayının 10-da Prezident cənab İlham Əliyevin Qazaxıstan Respublikasına rəsmi səfəri zamanı mətbuata verdiyi bəyanatdan, Astanada Heydər Əliyev küçəsinin təntənəli açılış mərasimində çıxışından bəzi fikirləri görüş iştirakçılarının diqqətinə çatdırıb, ölkəmizdə sosial-iqtisadi sahədə həyata keçirilən mühüm tədbirlərdən söz açıb.
Sonra kənd sakinləri çıxış edərək kəndin təbii qazla təmin edilməsi, kənd əhalisinin içməli su təchizatının yaxşılaşdırılması, tibb məntəqəsi üçün yeni bina tikilməsi və sair məsələləri xahiş ediblər.
Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov qaldırılmış məsələlərlə bağlı tapşırıq verib və tövsiyələrini bildirib.