Şriftin ölçüsü :

Saytın rəngi :

Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Qayabaşı kəndində səyyar qəbul keçirib

13 aprel 2023 | 19:09

Aprelin 13-də Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov Qayabaşı kəndində səyyar qəbul keçirib.

Səyyar qəbulda başçının müavinləri, aparatın şöbə müdirləri, idarə və müəssisə rəhbərləri, kənd sakinləri iştirak ediblər.

Əvvəlcə Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü yolunda canını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov çıxış edərək cari ilin aprel ayının 10-da Prezident cənab İlham Əliyevin Qazaxıstan Respublikasına rəsmi səfəri zamanı mətbuata verdiyi bəyanatdan, Astanada Heydər Əliyev küçəsinin təntənəli açılış mərasimində çıxışından bəzi fikirləri görüş iştirakçılarının diqqətinə çatdırıb, son dövrlər ölkəmizdə ictimai-siyasi sahədə baş vermiş mühüm hadisələrdən  danışıb.

Sonra kənd sakinləri Rəhimov Novruzəli, Əzizova Hədiyyə, Quliyeva Səbirə və başqaları çıxış edərək Qayabaşı kənd qəbiristanlığına gedən yolun əsaslı təmiri, əkin sahələrinin suvarılmasına köməklik göstərilməsi, Sarıca kənd uşaq bağçası üçün yeni bina tikilməsi və sair məsələləri xahiş ediblər.

Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov qaldırılmış məsələlərlə bağlı tapşırıq verib və tövsiyələrini bildirib.

Keçidlər