Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Qoxmuq kəndinin sakinləri ilə görüşüb
Yanvarın 6-da Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov Qoxmuq kəndinin sakinləri ilə görüşüb.
Səyyar qəbulda başçının müavinləri, aparatın şöbə müdirləri, idarə və müəssisə rəhbərləri, kənd sakinləri iştirak ediblər.
Əvvəlcə Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü yolunda canını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov çıxış edərək Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə ötən il ölkəmizdə sosial-iqtisadi sahədə əldə olunmuş uğurlardan danışmış, Şəki rayonunds görülmüş işlərdən söz açmış, qarşıda duran vəzifələr haqqında məlumat vermişdir.
Sonra kənd sakinləri Səmədov Çingiz, Məmmədov Maarif və başqaları çıxış edərək pay torpaq sahələrinin suvarılması üçün artezian quyusununn qazılması, kənddaxili yolların təmiri, kəndin yeni yaşayış massivinin qazlaşdırılması və sair məsələləri xahiş ediblər.
Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov qaldırılmış məsələlərlə bağlı tapşırıq verib və tövsiyələrini bildirib.