Şriftin ölçüsü :

Saytın rəngi :

Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Qozlubulaq kəndinin sakinləri ilə görüşüb

19 may 2023 | 09:50

May ayının 18-də Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov Qozlubulaq kəndinin sakinləri ilə görüşüb.

Səyyar qəbulda başçının müavinləri, aparatın şöbə müdirləri, idarə və müəssisə rəhbərləri, kənd sakinləri iştirak ediblər.

Əvvəlcə Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü yolunda canını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov çıxış edərək may ayının 10-da Prezident cənab İlham Əliyevin Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi münasibətilə Azərbaycan xalqına müraciətində səsləndirdiyi bəzi fikirləri görüş iştirakçılarının diqqətinə çatdırıb, ölkəmizdə sosial-iqtisadi sahədə həyata keçirilən mühüm tədbirlərdən söz açıb, rayonda görülən işlərdən, qarşıda duran vəzifələrdən danışıb.

Sonra kənd sakinləri Babayev Bəhruz, Qarayeva Mirvari və başqaları çıxış edərək şəhid Yolçu Babazadənin adının verildiyi küçənin əsaslı təmir olunması, Qozlubulaq kəndində ATS quraşdırılması, kənddə evlərin optik internet xətti ilə təmin olunması və sair məsələləri xahiş ediblər.

Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov qaldırılmış məsələlərlə bağlı tapşırıq verib və tövsiyələrini bildirib.

Keçidlər