Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Qumux kəndinin sakinləri ilə görüşüb
Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov avqustun 30-da Qumux kəndinin sakinləri ilə görüşüb.
Səyyar qəbulda başçının müavinləri, aparatın şöbə müdirləri, idarə və müəssisə rəhbərləri, kənd sakinləri iştirak ediblər.
Əvvəlcə Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü yolunda canını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Kənd sakinlərini salamlayan Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov 44 günlük Vətən Müharibəsi nəticəsində qazanılmış tarixi Qələbədən bəhs etmiş, ölkəmizin sosial-iqtisadi inkişafını əks etdirən göstəricilərə nəzər salmış, rayonda görülmüş işlər və qarşıda duran vəzifələr haqqında məlumat vermişdir.
Kənd sakinləri Azər Aslanov, Teymur Məmmədliyev və başqaları çıxış edərək Qumux kənd tam orta məktəbinin yaxınlığındakı su kanalının təmir edilməsi, əhalinin içməli suya olan tələbatının ödənilməsi üçün artezian quyusunun qazılmasına köməklik göstərilməsi və sair məsələləri xahiş ediblər.
Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov qaldırılmış məsələlərlə bağlı tapşırıq verib və tövsiyələrini bildirib.