Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Şəki kəndində səyyar qəbul keçirib
Aprelin 6-da Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov Şəki kəndində səyyar qəbul keçirib.
Səyyar qəbulda başçının müavinləri, aparatın şöbə müdirləri, idarə və müəssisə rəhbərləri, kənd sakinləri iştirak ediblər.
Əvvəlcə Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü yolunda canını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov çıxış edərək ölkəmizdə sosial-iqtisadi sahədə əldə olunan nailiyyətlərdən, son dövrlər ictimai-siyasi sahədə baş vermiş mühüm hadisələrdən danışıb, Prezident cənab İlham Əliyev mart ayının 28-də Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Laçın rayonunda xüsusi nümayəndəsinin təyin olunması ilə əlaqədar qəbul edərkən söylədiyi bəzi fikirləri görüş iştirakçılarının diqqətinə çatdırıb.
Sonra kənd sakinləri Tağıyev Nağı, Namazov Təyyar, Həsənov Məmmədəli və başqaları çıxış edərək Yevlax-Balakən magistral avtomobil yolundan Şəki kəndinədək olan yolun əsaslı təmir olunması, suvarma kanalına suyun daimi verilməsinə nəzarətin təmin olunması, Şəki kənd tam orta məktəbinin əsaslı təmir edilməsi və sair məsələləri xahiş ediblər.
Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov qaldırılmış məsələlərlə bağlı tapşırıq verib və tövsiyələrini bildirib.