Şriftin ölçüsü :

Saytın rəngi :

Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Şəki kəndinin sakinləri ilə görüşüb

06 noyabr 2026 | 09:57

Noyabrın 5-də Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov rayonun Şəki kəndinin sakinləri ilə görüşüb.

Səyyar qəbulda başçının birinci müavini Elman İmamverdiyev, başçının  müavini - Ərazi-təşkilat və ictimai-siyasi məsələlər şöbəsinin müdiri Xəyalə Töhrablı, Şəki Şəhər İcra Hakimiyyətinin məsul əməkdaşları, idarə və müəssisə rəhbərləri, kənd sakinləri iştirak ediblər.

Əvvəlcə Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda canını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov Prezident İlham Əliyevin 2026-cı il oktyabrın 27-də Bakıda “Ortaq gələcək naminə dialoq” mövzusunda VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda çıxışı zamanı səsləndirdiyi  bəzi fikirləri görüş iştirakçılarının diqqətinə çatdırıb.

Sonra ötən müddət ərzində kəndin ərazisində görülmüş işlər barədə məlumat verilib.

Kənd sakinləri Mehtiyev Vilayət, Dərişov Azər, Əliyev Surxay və başqaları çıxış edərək Şəki kəndinin giriş yolunun əsaslı təmir olunmasını, kəndin ərazisində bankomatın quraşdırılmasını, kənd həkim məntəqəsində inyeksiya prosedurlarının aparılmasına icazə verilməsini və sair məsələləri xahiş ediblər.

Səyyar qəbulda qaldırılmış məsələlərin bir hissəsi ilə bağlı sakinlərə müvafiq izahatlar, digər məsələlərlə bağlı aidiyyəti şəxslərə lazımi tapşırıqlar verilib.

Görüş çərçivəsində, "Azərbaycan Respublikasında rəqəmsal inkişafın sürətləndirilməsinə dair 2026–2028-ci illər üçün Fəaliyyət Planı"ndan irəli gələn vəzifələr barədə iştirakçılara məlumat verilib, “mygov” platformasının tətbiqinin əhəmiyyəti vurğulanıb, vətəndaşlar bu platformanın gətirdiyi üstünlüklərdən faydalanmağa təşviq ediliblər.

Eyni zamanda, görüş zamanı, vətəndaşlar tərəfindən onlara məxsus yaşayış evlərinin icbari sığortalanmasınınn vacibliyi vurğulanıb, həmçinin,  qəhvəyi mərmər bağacığının bitkilərə vurduğu ziyan, onunla mübarizə tədbirləri barədə məlumat və müvafiq tövsiyələr verilib.

 

Keçidlər