Şriftin ölçüsü :

Saytın rəngi :

Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Şin kəndində səyyar qəbul keçirib

30 sentyabr 2022 | 10:01

Sentyabrın 29-da Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov Şin kəndinin sakinləri ilə görüşüb.

Səyyar qəbulda başçının müavinləri, aparatın şöbə müdirləri, idarə və müəssisə rəhbərləri, kənd sakinləri iştirak ediblər.

Əvvəlcə Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü yolunda canını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

     Kənd sakinlərini salamlayan Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov onlara Prezident cənab  İlham Əliyevin sentyabrın 27-də Füzuli rayonuna səfəri zamanı etdiyi çıxışdan önəmli mesajlar  çatdırıb. Sonra icra başçısı rayonda son dövrlərdə görülmüş işlər və qarşıda duran vəzifələr haqqında məlumat verib.

Sonra kənd sakinləri Novruz İsmayılov, Elnur Cəmilov, Qürbət Surxayev və başqaları Şin kəndində olan yararsız elektrik dirəklərinin dəyişdirilməsi, Şin kənd tam orta məktəbinin elektrik enerjisi ilə təminatında olan problemin aradan qaldırılması,  kənddə sel təhlükəsi olduğu üçün Şin çayında bənd çəkilməsi və sair məsələləri xahiş ediblər.

Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov qaldırılmış məsələlərlə bağlı tapşırıq verib və tövsiyələrini bildirib.

Keçidlər