Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Şorsu kəndində səyyar qəbul keçirib
Noyabrın 10-da Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov Şorsu kəndinin sakinləri ilə görüşüb.
Səyyar qəbulda başçının müavinləri, aparatın şöbə müdirləri, idarə və müəssisə rəhbərləri, kənd sakinləri iştirak ediblər.
Əvvəlcə Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü yolunda canını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov çıxış edərək 44 günlük Vətən müharibəsində qazanılmış tarixi Qələbədən bəhs edib, kənd sakinlərini Zəfər Günü və Dövlət Bayrağı Günü münasibətilə təbrik edib. Sonra icra başçısı rayonda son dövrlərdə görülmüş işlər və qarşıda duran vəzifələr haqqında məlumat verib.
Görüşdə Şorsu kəndində yaşayan bir qrup Vətən müharibəsi iştirakçısına “Vətən müharibəsi iştirakçısı” medalı təqdim olunub.
Sonra kənd sakinləri Ağaniyev Cəfər, Əlixanov Ziyəddin və başqaları çıxış edərək Şorsu kəndinin giriş yolunun asfaltlaşdırılması, kəndin şərq hissəsində yerləşən ərazilərə içməli və suvarma suyunun verilməsi, kəndin yuxarı hissəsində yerləşən subartezian quyusunun təmir olunması və sair məsələləri xahiş ediblər.
Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov qaldırılmış məsələlərlə bağlı tapşırıq verib və tövsiyələrini bildirib.