Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Suçma kəndində səyyar qəbul keçirib
Oktyabrın 6-da Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov Suçma kəndinin sakinləri ilə görüşüb.
Səyyar qəbulda başçının müavinləri, aparatın şöbə müdirləri, idarə və müəssisə rəhbərləri, kənd sakinləri iştirak ediblər.
Əvvəlcə Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü yolunda canını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov çıxış edərək düşmən üzərində qazanılmış tarixi Qələbədən bəhs edib, Prezident cənab İlham Əliyevin sentyabrın 30-da Bolqarıstan Respublikasına rəsmi səfəri zamanı etdiyi çıxışdan önəmli mesajlar çatdırıb. Sonra icra başçısı rayonda son dövrlərdə görülmüş işlər və qarşıda duran vəzifələr haqqında məlumat verib.
Sonra kənd sakinləri Şəhliyar Əlipaşayev, Zülfiyyə İbrahimxəlilova, Südabə Səmədova və başqaları çıxış edərək evlərdə elektrik gərginliyinin normadan aşağı olmasını, kənddaxili yolların əsaslı təmir olunması, kənddə müasir avadanlıqlarla təchiz olunmuş tibb məntəqəsinin tikilməsi və sair məsələləri xahiş ediblər.
Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov qaldırılmış məsələlərlə bağlı tapşırıq verib və tövsiyələrini bildirib.