Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Turan qəsəbəsinin sakinləri ilə görüşüb
Dekabrın 22-də Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov Turan qəsəbəsinin sakinləri ilə görüşüb.
Səyyar qəbulda başçının müavinləri, aparatın şöbə müdirləri, idarə və müəssisə rəhbərləri, kənd sakinləri iştirak ediblər.
Əvvəlcə Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü yolunda canını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov çıxış edərək ölkəmizdə son illər Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə sosial-iqtisadi sahədə əldə olunmuş uğurlardan danışmış, narkomaniyanın və erkən nikahın yaratdığı fəsadlardan, onların qarşısının alınması sahəsində həyata keçirilən profilaktik tədbirlərdən söz açmış, tovsiyələr vermişdir.
Sonra kənd sakinləri Aslanov Şakir, Əsədov Yusif və başqaları çıxış edərək qəsəbədə gənclərin asudə vaxtlarının səmərəli təşkili üçün idman zalının inşasına köməklik göstərilməsi, içməli su probleminin həlli məqsədilə artezian quyusu qazılması, həkim məntəqəsinə gedən yolun əsaslı təmiri, sahibsiz itlərin zərərsizləşdirilməsi və sair məsələləri xahiş ediblər.
Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov qaldırılmış məsələlərlə bağlı tapşırıq verib və tövsiyələrini bildirib.