Şriftin ölçüsü :

Saytın rəngi :

Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Vərəzət kəndində səyyar qəbul keçirib

14 iyul 2022 | 16:58

Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov iyulun 14-də Vərəzət kəndinin sakinləri ilə görüşüb.

Səyyar qəbulda başçının müavinləri, aparatın şöbə müdirləri, idarə və müəssisə rəhbərləri, kənd sakinləri iştirak ediblər.

Əvvəlcə Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü yolunda canını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Kənd sakinlərini salamlayan Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov Ulu öndər Heydər Əliyevin 1969-cu ildə birinci dəfə siyasi hakimiyyətə gəlməsindən bəhs etmişdir. Rayonda son günlər keçirilmiş “Şəhər günü” bayram tədbiri və  Şəki “İpək Yolu” XI Beynəlxalq Musiqi Festivalı haqqında məlumat vermiş, qarşıda duran vəzifələrdən danışmışdır.

Sonra icra başçısı son müddət rayonda görülmüş işlər və qarşıda duran vəzifələr haqqında məlumat vermiş, baramaçılığın inkişafında mütərəqqi üsüllardan istifadə edilməsinin vacibliyi, qabaqcıl barama istehsalçılarının təcrübəsi və nailiyyətləri barədə ətraflı söhbətlər aparmış, gənc kümdarların yetişdirilməsinin vacibliyini ön plana çəkmişdir. Vərəzət kəndindən Həmzətov Məmməd Qurbanəli oğlunun nailiyyətləri və iş təcrübəsi xüsusi vurğulanmışdır.

Kənd sakinləri Məmməd Həmzətov, Arif Mehdiyev, Fazil Yəhyəyev və başqaları çıxış edərək  kənd ərazisindəki elektrik dirəklərinin və elektrik xətlərinin yenilənməsi, məktəbin qarşısındakı asfalt yolun əsaslı təmiri, köhnə məktəb binasının təmiri, kəndin mərkəzindəki çayın ətarafındakı evlərin seldən mühafizəsi məqsədilə  30 metr məsafədə çayın kənarına beton tökülməsi və sair məsələləri xahiş ediblər.

Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov qaldırılmış məsələlərlə bağlı tapşırıq verib və tövsiyələrini bildirib.

Keçidlər