Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Zunud kəndində səyyar qəbul keçirib
Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov iyunun 16-da Zunud kəndinin sakinləri ilə görüşüb.
Səyyar qəbulda başçının müavinləri, aparatın şöbə müdirləri, idarə və müəssisə rəhbərləri, kənd sakinləri iştirak ediblər.
Əvvəlcə Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü yolunda canını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Kənd sakinlərini salamlayan Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov iyun ayının 15-nin ölkəmizdə Milli Qurtuluş Günü kim qeyd edildiyini bildirib, həmin tarixin əhəmiyyətindən, Ulu öndər Heydər Əliyevin dövlət müstəqilliyimizin qorunub saxlanması sahəsində misilsiz xidmətlərindən, 44 günlük Vətən müharibəsində hərb tariximizə yazılan şanlı Zəfərdən bəhs edib.
Sonra icra başçısı son müddət rayonda görülmüş işlər və qarşıda duran vəzifələr haqqında məlumat verib.
Kənd sakinləri Arif Məmmədov, Hikmət Məmmədov, Nəriman Umudov və başqaları çıxış edərək Zunud kəndinin 4,2 km uzunluğunda olan baş yolunun əsaslı təmiri və asfalt örtüyünün çəkilməsi, kənddə artezian quyusunun qazılması, işıq dirəklərinin qəzalı vəziyyətdə olması, kəndə qaz xəttinin çəkilməsi və sair məsələləri xahiş ediblər.
Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov qaldırılmış məsələlərlə bağlı tapşırıq verib və tövsiyələrini bildirib.