Şəki Şəhər İcra Hakimiyyətinin əməkdaşları üçün korrupsiyaya qarşı mübarizə və etik davranış qaydaları ilə bağlı təlim keçirilib
03 iyul 2024 | 13:02
İyulun 2-də Azərbaycan Respublikasının Korrupsiyaya Qarşı Mübarizə üzrə Komissiyasının dəstəyi ilə “Konstitusiya” Araşdırmalar Fondu tərəfindən Şəki Şəhər İcra Hakimiyyətinin əməkdaşları üçün korrupsiyaya qarşı mübarizə və etik davranış qaydaları ilə bağlı təlim keçirilib.
Şəki Heydər Əliyev Mərkəzində keçirilən tədbirin məqsədi dövlət qulluquçularının korrupsiya riskləri və onların idarə olunması, etik davranış qaydaları, bu qaydaların praktikada tətbiqi ilə bağlı elmi-nəzəri biliklərini inkişaf etdirmək, praktik bacarıqlarını artırmaqdır.
Təlim diskusiya şəraitində keçmiş, iştirakçıları maraqlandıran suallar cavablandırılmışdır.