Şriftin ölçüsü :

Saytın rəngi :

Şəki Şəhər İcra Hakimiyyətinin hüquq şöbəsinin müdiri vəzifəsində işləmiş Əhmədiyə Bəşirov təntənəli şəkildə təqaüdə yola salınıb

05 aprel 2023 | 09:39

Aprelin 4-də uzun müddət dövlət qulluğunda səmərəli fəaliyyət göstərmiş, son 11 ildə Şəki Şəhər İcra Hakimiyyətinin hüquq şöbəsinin müdiri vəzifəsində işləmiş Əhmədiyə Bəşirov təntənəli şəkildə təqaüdə yola salınıb.

Bu münasibətlə Şəki Şəhər İcra Hakimiyyətində təşkil olunan yığıncaqda çıxış edən Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov Əhmədiyə Bəşirovun bu məsul vəzifədə göstərdiyi xidmətləri yüksək qiymətləndirib, ona dərin təşəkkürünü bildirib, can sağlığı, gələcək həyatında uğurlar arzulayıb. Qeyd olunub ki, uzun müddət dövlət qulluğunda səmərəli fəaliyyətinə görə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Əhmədiyə Bəşirov “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif olunub.

Əhmədiyə Bəşirov göstərilən diqqətə görə təşəkkürünü ifadə edib.

Sonra Əhmədiyə Bəşirova Azərbaycan Dövlət İdarələri və İctimai Xidmət İşçiləri Həmkarlar İttifaqının Fəxri Fərmanı və mükafat təqdim olunub.

Qeyd edək ki, Şəki Şəhər İcra Hakimiyyətinin hüquq şöbəsinin müdiri vəzifəsinə Əliəkbərli Ziyad Valeh oğlu təyin olunub.

Keçidlər