Şriftin ölçüsü :

Saytın rəngi :

Şəki Şəhər İcra Hakimiyyətinin rəhbərliyi müasir “Situativ Mərkəz” haqqında təqdimata dair videokonfransda iştirak edib

26 may 2023 | 09:10

May ayının 25-də Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin təşkilatçılığı ilə Özbəkistanın paytaxtı Daşkənd şəhərində fəaliyyət göstərən “Situativ Mərkəz”in fəaliyyəti haqqında təqdimata dair videokonfrans təşkil olunub.

Videokonfransda İqtisadiyyat Nazirliyininin tabeliyində Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzinin icraçı direktoru Tamerlan Tağıyev, Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov və İH-nin məsul şəxsləri, Naftalan rayon İH nümayəndələri, həmçinin Özbəkistan tərəfini təmsil edən şəxslər, mütəxəsislər iştirak ediblər.

Videokonfransın keçirilməsində məqsəd pilot layihə kimi bu cür mərkəzlərin Şəki və Naftalan şəhərində yaradılması imkanlarının müəyyən edilməsidir.

Videokonfrans diskussiya şəraitində keçib, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

Qeyd edək  ki, Daşkənd şəhərində fəaliyyət göstərən “Situativ Mərkəz” müasir texnologiyalar əsasında yaradılıb və geniş imkanlara malikdir. Mərkəz real vaxt rejimində monitorinq aparmağa və insidentlərə operativ reaksiya verməyə, şəhərin inkişafı üçün təhlil və qərarların qəbulunu sürətləndirməyə imkan verir.

Keçidlər