Şəki Şəhər İcra Hakimiyyətinin və YAP Şəki Təşkilatının nümayəndələri yaralı hərbçilərə və onların ailələrinə baş çəkiblər
Sentyabrın 13-14-də Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Kəlbəcər, Laçın, Daşkəsən və Zəngilan rayonları istiqamətində törətdiyi genişmiqyaslı təxribatların qarşısını alarkən Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yaralanan hərbi qulluqçuları hazırda tibb müəssislərində müalicə olunurlar.
Sentyabrın 23-də Şəki Şəhər İcra Hakimiyyətinin və YAP Şəki Təşkilatının nümayəndələri Bakı və Gəncə şəhərlərindəki tibb müəssislərində müalicə olunana yaralı hərbçilərə baş çəkib, onların səhhəti ilə maraqlanıb, maddi və mənəvi dəstək olublar.
Şəki Şəhər İcra Hakimiyyətinin və YAP Şəki Təşkilatının nümayəndələri, həmçinin, yaralı hərbi qulluqçuların ailələri ilə görüşüb, onların qayğıları ilə maraqlanıblar, ailələrə ərzaq yardımı ediblər.