Şriftin ölçüsü :

Saytın rəngi :

Şəki şəhərində 10 km və 20 km məsafələrə kütləvi qaçış təşkil olunub

27 oktyabr 2025 | 17:46

Oktyabrın 25-də Azərbaycan Atletika Federasiyası və Dağçılıq İdman Klubunun “Race.az” komandası tərəfindən Gənclər və İdman Nazirliyinin dəstəyi ilə Şəki şəhərində 10 km və 20 km məsafələrə kütləvi qaçış təşkil olunub.

220 nəfərə yaxın iştirakçının qoşulduğu yarışın məqsədi sağlam həyat tərzini təşviq etmək, insanların asudə vaxtlarının səmərəli təşkilinə şərait yaratmaqdır.

Qaçış “Yuxarı Baş” Milli Tarix-Memarlıq Qoruğunun ərazisindən başlayıb və şəhərə yaxın dağ massivindən keçən marşrut üzrə davam edib.

Sonda qalib iştirakçılar təşkilatçılar tərəfindən mükafatlandırılıblar.

 

 

Keçidlər