Şəki şəhərində gender zorakılığı, erkən nikahın qarşısının alınması ilə bağlı maarifləndirici tədbir keçirilib
16 yanvar 2023-cü il tarixdə Şəki Heydər Əliyev Mərkəzində Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə təsdiq edimiş "Azərbaycan Respublikasında məişət zorakılığı ilə mübarizəyə dair 2020-2023-cü illər üçün Milli Fəaliyyət Planı"na uyğun olaraq Şəki Şəhər İcra Hakimiyyətinin nümayəndəsinin, səhiyyə işçilərinın, məktəb müəllimlərinin və psixoloqların, gənclərin və qeyri-hökumət təşkilatlarının nümayəndələrinin iştirakı ilə “Gənclərin Maarifləndirilməsinə Dəstək” İctimai Birliyi tərəfindən “Gender zorakılığı, erkən nikah və selektiv abortun fəsadları” mövzusunda maarifləndirmə tədbiri keçirilmişdir. Tədbirdə gender zorakılığı, erkən nikah və selektiv abortun fəsadları barədə geniş məlumatlar verilmiş, videoçarx nümayiş etdirilmiş və informasiya bulletenləri paylanılmışdır. Sonra mövzu ətrafında müzakirələr aparılmış, iştirakçıların maraqlandıran suallar cavablandırılmışdır.