Şəki şəhərində iməcilik işləri davam etdirilir
03 may 2025 | 16:30
2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan edilməsi ilə bağlı Tədbirlər Planına uyğun olaraq Şəki şəhərində, xüsusilə "Yuxarı Baş" Milli Tarix Memarlıq Qoruğu ərazisində növbəti iməcilik təşkil olunub.
Şəhərin küçə və prospektlərində, idarə və müəssisələrin ətrafında təmizlik işləri aparılıb, səliqə-sahman yaradılıb.
Şəkidə aparılan abadlıq və təmizlik işləri bundan sonra da davam etdiriləcəkdir.







