Şriftin ölçüsü :

Saytın rəngi :

Şəki şəhərində Peşələr Festivalı keçirilib.

06 iyun 2022 | 11:15

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi tərəfindən ölkənin 10 iqtisadi rayonu üzrə 10 müxtəlif şəhərdə  müasir əmək bazarında aktual olan peşə və ixtisasıarın tanıtım  və təbliğatı məqsədilə Peşələr Festivalı keçirilir. Festivalın keçirilməsində əsas məqsəd vətəndaşların diqqətini peşəyönümlü məsləhət xidmətinə cəlb etmək, müasir əmək bazarında mövcud olan peşələrin təbliğatını aparmaqdır.

Ölkəmizdə ilk dəfə keçirilən Peşələr Festivalının növbəti dayanacağı Şəki şəhəri olub.  İyunun 5-də Şəki şəhərində yerləşən Bəxtiyar Vahabzadə adına mədəniyyət və istirahət parkının qarşısında keçirilən festivalda Agentliyin İdarə Heyətinin sədri Mustafa Abbasbəyli, Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov, millət vəkillləri Vüqar İskəndərov, Əli Məsimli, dövlət və özəl qurumların nümayəndələri, yerli ekspertlər, işəgötürənlər, tələbə və gənclər iştirak edib.

Tədbirdə çıxış edənlər qeyd ediblər ki, “Öyrən, Əylən, Peşəni seç!” devizi altında keçirilən festivalda iştirak edən yeniyetmə və gənclər müasir əmək bazarının tələbləri ilə tanış olmaq imkanı qazanacaq, təqdim olunan peşələrin tanınmış mütəxəssisləri ilə görüşəcək, əyani şəkildə müvafiq peşə və ixtisasların incəlikləri ilə tanış olacaq, öz maraq və istəklərinə uyğun peşə seçimində faydalana biləcəklər.

Tədbirdə yeniyetmə və gənclərin müasir əmək bazarı barədə məlumatlılığının və peşələrə marağının artırılmasında, əmək bazarının tələblərinə uyğun peşə seçimində festivalın rolu yüksək qiymətləndirilib.

Daha sonra qonaqlar festivalda təqdim olunan peşələrin stendləri ilə tanış olub, ekspertlərlə söhbət ediblər.

Festival maraqlı konsert proqramı ilə davam edib.

Keçidlər