Şriftin ölçüsü :

Saytın rəngi :

Şəki şəhərində “Qərbi Azərbaycan İrsi" kitabının I cildinin təqdimatı keçirilib

16 iyul 2025 | 16:32

İyulun 16-da Şəkidə Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin sədri, Milli Məclisin deputatı Əziz Ələkbərli və tədqiqatçı-alim Səbuhi Hüseynovun müəllifliyi ilə hazırlanmış “Qərbi Azərbaycan İrsi: Ermənistanda azərbaycanlılara məxsus qəbiristanlıqların sistemli qaydada dağıdılmasının nəticələri və beynəlxalq hüquqi məsuliyyətə dair hesabat və materiallar” kitabının I cildinin təqdimatı keçirilib.

Şəki Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə Şəki şəhər Heydər Əliyev Mərkəzində keçirilən tədbirdə Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov, Qərbi Azərbaycan İcması Aparatının elmi işçisi Şəmsi Qocayev, ziyalılar, rayonda məskunlaşmış Qərbi azərbaycanlılar,  ictimaiyyətin nümayəndələri iştirak ediblər.

Əvvəlcə tədbir iştirakçıları Xalqımızın Ümummilli Lideri Heydər Əliyevin mərkəzin qarşısındakı abidəsini ziyarət edərək Ulu Öndərin əziz xatirəsinə öz ehtiramlarını bildiriblər.

Tədbirdə vətənimizin azadlığı uğrunda canlarından keçmiş qəhrəman şəhidlərimizin əziz xatirələri bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri giriş sözü ilə açan Şəhər İcra Hakimiyyətinin başçısı  Elxan Usubov bildirib ki,      44 günlük Vətən müharibəsində əldə olunmuş tarixi Zəfərdən sonra respublikamızın ərazi bütövlüyü və suverenliyi tam bərpa olundu, işğaldan azad olunan şəhər və kəndlərimizə keçmiş məcburi köçkünlərin qayıdışı başlandı. Eyni zamanda qarşımızda yeni perspektivlər açıldı. Qərbi Azərbaycanın həqiqi sahiblərinin ata-baba yurdlarına qayıdışının təməli qoyuldu. Onların hüquqlarının bərpası üçün şərait yarandı. Möhtərəm Prezident cənab İlham Əliyevin tövsiyəsi ilə Qərbi Azərbaycan ərazisində azərbaycanlıların tarixən yaratdığı dövlətçilik ənənələri, maddi və qeyri-maddi mədəni irsi, məruz qaldıqları tarixi ədalətsizliklər və cinayətlər haqqında davamlı tədqiqatlar aparılır. Bu istiqamətdə müasir elmi yanaşmalara uyğun yeni araşdırma aparılmış və “Qərbi Azərbaycan irsi” kitabının birinci cildi hazırlanaraq çap olunmuişdur. İcra başçısı vurğulayıb ki, bu kitab gələcək nəsillərin yaddaşında Qərbi Azərbaycanın zəngin irsini yaşatmağa xidmət edəcək.

Tədbirdə Qərbi Azərbaycan İcması Aparatının elmi işçisi Şəmsi Qocayev, Şəki Rayon Ağsaqallar Şurasının sədri Vaqif Əhmədov, Şəki Regional Elmi Mərkəzin şöbə müdiri, tarix üzrə fəlsəfə doktoru Rahim Həsənov, Şəki kənd sakini, təqaüdçü Əli Hüseynov çıxış edərək Qərbi azərbaycanlıların məruz qaldığı tarixi ədalətsizlikdən bəhs ediblər,  kitabın əhəmiyyətindən söhbət açıblar.

Qeyd olunub ki, kitabın I cildində 1991-ci ilə qədər Qərbi Azərbaycan – indiki Ermənistan ərazisində mövcud olmuş, indi isə yalnız xarabalıqları qalmış 700-dən çox azərbaycanlı qəbiristanlığının 201-nin əvvəlki və indiki vəziyyətindən bəhs edilir. İki hissədən ibarət olan kitabın birinci hissəsində hesabatın məqsədi və tədqiqatın predmeti müəyyən edilir, tədqiqatın metodologiyasından bəhs olunur. İkinci hissədə isə Qərbi Azərbaycanın hər bir rayonu üzrə qruplaşdırılmış qəbiristanlıqların yerləşdiyi kəndlərin tarixi inkişafı, demoqrafik göstəriciləri, kəndlə bağlı toponimik və inzibati dəyişikliklər, əhalinin köç və deportasiya prosesi, qəbiristanlıq və digər mədəni irs obyektlərinin mövcud vəziyyəti sistemli şəkildə təqdim edilir.

Tədbirin sonunda “Qərbi Azərbaycan İrsi” silsilə nəşri ilə bağlı hazırlanmış sənədli videoçarx nümayiş olunub.

 

Keçidlər