Şəki şəhərində tam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı keçirilib
Dövlət İmtahan Mərkəzinin təşkilatçılığı ilə martın 9-da Şəki şəhərində tam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı keçirilib.
İmtahanların keçirilməsi üçün Şəkidə 9 mərkəz ayrılıb. İmtahanlar Şəki şəhərindəki 7, 8, 11, 12, 14, 17, 20 nömrəli tam orta məktəblərdə, fizika-riyaziyyat və humanitar təmayüllü liseydə, həmçinin Qoxmuq kənd tam orta məktəbində təşkil olunub. İştirakçıların imtahan binalarına rahat şəkildə daxil olmaları üçün müxtəlif gəlmə vaxtları müəyyən edilib və imtahan iştirakçısının buraxılış vərəqəsində həmin vaxt göstərilib.
Ümumilikdə 2094 nəfərin iştirakının nəzərdə tutulduğu imtahanların idarə olunmasına 25 imtahan rəhbəri və 202 nəzarətçi cəlb edilib. İmtahanların keçirilməsi üçün 167 zal ayrılıb. İmtahan 11:00-da başlayıb və 3 saat davam edib. Buraxılış imtahanları mövcud təlimata uyğun şəkildə aparılıb, heç bir qanun pozuntusuna yol verilməyib.







