Şriftin ölçüsü :

Saytın rəngi :

Şəki şəhərində təşkil olunmuş “Azərbaycan-Gürcüstan gənclərinin yay düşərgəsi”nin açılış mərasimi keçirilib

10 sentyabr 2024 | 17:09

Sentyabrın 10-da AR Gənclər və İdman Nazirliyi tərəfindən Şəki şəhərində təşkil olunmuş “Azərbaycan-Gürcüstan gənclərinin yay düşərgəsi”nin açılış mərasimi keçirilib.

Şəki Olimpiya İdman Kompleksində təşkil olunan düşərgənin açılış mərasimində, Gənclər və idman nazirinin müavini İndira Hacıyeva, Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov və Gürcüstan Respublikasının Təhsil, Elm və Gənclər Nazirliyinin gənclərlə iş sektorunun müdiri İakinte Chkhartishvili çıxış ediblər.

Çıxış edənlər gəncləri salamlayaraq, onların cəmiyyətimizdəki rolundan bəhs ediblər, düşərgənin əhəmiyyətindən danışıblar. Qeyd olunub ki, düşərgənin məqsədi qeyri-formal təhsil alətləri ilə gənclərin beynəlxalq əməkdaşlıq əlaqələrini genişləndirmək və mədəniyyətlərarası dialoqun aparılmasını dəstəkləməkdir. Eyni zamanda, bu cür düşərgələr gənclərin inkişafı və onların asudə vaxtının səmərəli və əyləncəli keçirməsinə, o cümlədən müxtəlif bölgələrdən olan gənclərin şəbəkələşməsinə və sosiallaşmasına dəstək verir. Azərbaycan-Gürcüstan gənclərinin yay düşərgəsi”nin qədim tarixə malik olan Şəki şəhərdə keçirilməsini yüksək qiymətləndirib.

Qeyd edək ki, sentyabrın 14-dək davam edəcək  düşərgədə 120 nəfər azərbaycanlı və gürcüstanlı gənc iştirak edir.

Keçidlər