Şəki şəhərində yol infrastrukturunun yenilənməsi istiqamətində işlər aparılır
07 aprel 2025 | 09:52
Şəki şəhərində su və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsinin icrası başa çatdırılmış küçə və prospektlərdə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin sifarişi əsasında asfalt örtüyünün, piyada səkilərinin və suötürücü arxların əsaslı təmiri işləri davam edir.
Şəhər ərazisində yol infrastrukturunun yenilənməsi istiqamətində həyata keçirilən tədbirlər çərçivəsində, həmçinin, yolların xətlənməsi işləri aparılır, yeni işıqforlar quraşdırılır.