Şriftin ölçüsü :

Saytın rəngi :

Şəki şəhərinin nümayəndə heyəti 87–ci Uluslararası Berqama Kermes Festivalında iştirak edib

23 iyun 2023 | 11:52

Türkiyənin Berqama şəhərində səfərdə olan Şəki şəhərinin nümayəndə heyəti Uluslararası Bergama Kermes Festivalında iştirak edib. Festivalın açılış mərasimində Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov çıxış edib.

Festival iştirakçılarını salamlayan icra başçısı Şəki şəhərı haqqında qısa məlumat verib. Bildirib ki, Şəki şəhəri 2010-cu ildə "Azərbaycanın Sənətkarlıq Paytaxtı" seçilib, 2012-ci ildə türk dünyasının qeyri-maddi mədəni irs paytaxtı, 2016-cı il üçün “Türk dünyasının mədəniyyət paytaxtı” elan olunub, 2017-ci ildə YUNESKO-nun Yaradıcı Şəhərlər Şəbəkəsinə, 2019-cu ildə Xan Sarayı ilə birgə Şəkinin tarixi mərkəzi YUNESKO-nun Ümumdünya İrs Siyahısına daxil edilib. Türkiyə-Azərbaycan əlaqələrindən danışan icra başçısı bildirib ki, ölkələrimiz arasında dostluq, qardaşlıq münasibətləri dərin tarixi köklərə malikdir. Türkiyə son illər ərzində çox böyük və şərəfli yol keçmişdir Türkiyə böyük iqtisadi gücə  və  dünya miqyasında çox güclü orduya sahibdir. Bu gün Rəcəb Tayyib Ərdoğanın liderliyi ilə Türkiyə dünya miqyasında böyük gücə çevrilib. Türkiyənin iştirakı olmadan dünyada heç bir məsələ həll oluna bilməz. Türkiyənin siyasi imkanları genişlənir, dünyadakı oynadığı rol artır və bu, bizi çox sevindirir. Türkiyə nə qədər güclü olarsa, Azərbaycan da bir o qədər güclü olacaqdır. Bütün bu uğurlar yalnız güclü liderin yorulmaz fəaliyyəti və xalqın Rəcəb Tayyib Ərdoğana olan dəstəyi nəticəsində mümkün olmuşdur.

 Bu gün ölkələrimiz arasında olan münasibətlər daha da inkişaf edərək yeni müstəviyə qədəm qoymuşdur. Azərbaycan və Türkiyə daim bir-birinə dəstək göstərir. Bizim ölkələr yaxşı günlərdə də, çətin günlərdə də hər zaman bir-birinin yanındadır. Vətən müharibəsi zamanı hər kəs bunun bir daha şahidi oldu. Azərbaycan Respublikasının Prezident cənab İlham Əliyev dost və qardaş ölkənin bu dəstəyini qiymətləndirərkən demişdir:”İkinci Qarabağ savaşı bizim müştərək, ortaq şanlı tariximizdir. Otuzillik işğala son qoyduq və savaşın ilk günündə hörmətli Prezident, qardaşım Rəcəb Tayyib Ərdoğanın “Azərbaycan yalnız deyil, Türkiyə Azərbaycanın yanındadır” deməsi bir çoxları üçün ciddi mesaj oldu“

Şəkinin Azərbaycanda festivallar şəhəri kimi tanındığını bildirən icra başçısı Berqama şəhərinin bələdiyyə sədrini 3-7 iyul tarixlərində Şəkidə keçiriləcək Şəhər Günü və XII “İpək Yolu” Beynəlxalq Musiqi Festivalına dəvət edib.

Keçidlər