Şriftin ölçüsü :

Saytın rəngi :

Şəkidə 1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə əlaqədar tədbir keçirilib

03 iyun 2024 | 08:15

İyunun 1-də  Şəki Heydər Əliyev Mərkəzində Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə Şəki Şəhər İcra Hakimiyyəti və Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsinin birgə təşkilatçılığı bayram tədbiri keçirilib.

Tədbirdə Şəki Şəhər İcra Hakimiyyətinin, Şəki Regional Mədəniyyət İdarəsinin və həmin idarənin tabeliyində olan müəssisələrin nümayəndələri, uşaq musiqi və ümumtəhsil məktəblərinin şagirdləri, şəhid övladları, valideyinlər iştirak ediblər.

Əvvəlcə tədbir iştirakçıları mərkəzin foyesində təşkil olunmuş Şəki şəhər uşaq incəsənət məktəbinin şagirdlərinin əl işlərindən ibarət sərgiyə tamaşa ediblər.

Mərkəzin akt zalında keçirilən tədbirdə Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və Azərbaycan Respublikasının dövlət müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə qeyd olunub ki, uşaqların sağlamlığı, onların yaxşı təhsil və təlim-tərbiyə alması, Vətən və xalq üçün gərəkli övlad kimi böyüməsi Ümummilli Lider Heydər Əliyevin daim diqqətində olub.

Vurğulanıb ki, bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə  uşaqlar dövlətin hər cür diqqət və qayğısı ilə əhatə olunub. Uşaqların sağlam və firavan mühitdə böyüməsi, şəxsiyyət və layiqli vətəndaş kimi formalaşması ilə bağlı çoxşaxəli təşəbbüslərin uğurla reallaşdırılmasında Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın böyük rolu vardır.

Tədbirdə uşaq musiqi məktəblərinin musiqi və rəqs kollektvlərinin çıxışları olub, uşaqların ifasında mahnılar, şeirlər səsləndirilib. Maraqlı musiqi nömrələri uşaqların böyük sevincinə səbəb olub

Keçidlər