Şriftin ölçüsü :

Saytın rəngi :

Şəkidə 12 noyabr- Azərbaycan Respublikasının Konstitusiya Gününə həsr olunmuş tədbir keçirilib

12 noyabr 2026 | 17:04

Noyabrın 12-də Şəki Şəhər İcra Hakimiyyəti, Yeni Azərbaycan Partiyası Şəki rayon təşkilatı və Şəki şəhər Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə 12 noyabr- Azərbaycan Respublikasının Konstitusiya Gününə həsr olunmuş tədbir keçirilib.

Tədbirdə Şəki Şəhər İcra Hakimiyyətinin, Yeni Azərbaycan Partiyası Şəki rayon təşkilatının, Şəki regional “ASAN xidmət” mərkəzinin vəzifəli şəxsləri, ziyalılar, partiya fəalları, ictimaiyyət nümayəndələri  iştirak ediblər.

Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə Ulu Öndər Heydər Əliyevin, Vətən yolunda canından keçən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Sonra 12 noyabr- Azərbaycan Respublikasının Konstitusiya Gününə həsr olunmuş videoçarx nümayiş etdirilib.

Tədbirdə YAP Şəki rayon təşkilatının sədri Daşqın Mikayılov, Şəki Şəhər İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər sektorunun müdiri Sadiq Yusifov, Şəki regional “ASAN xidmət” mərkəzinin direktoru Bəhruz Nəsibov, Şəki şəhər Heydər Əliyev Mərkəzinin əməkdaşı Xumar Musayeva çıxış edərək ölkəmizin konstitusiya quruluşunun tarixindən, müstəqil Azərbaycan Respublikasının Konstitusiyasının dövlət quruculuğundakı rolu, hüquqi islahatların inkişafı və insan hüquqlarının qorunması sahəsindəki əhəmiyyətindən danışıblar.

Bildirilib ki, Azərbaycan Respublikasının Konstitusiyası 31 il əvvəl 12 noyabr 1995-ci ildə ümumxalq referendumu vasitəsilə qəbul edilib.

Vurğulanıb ki, Konstitusiyanın qəbulu Ulu Öndər Heydər Əliyevin Azərbaycan dövlətçiliyi qarşısındakı ən böyük xidmətlərindən biridir.

Qeyd olunub ki, ilk Konstitusiyanın milli dövlətçilik tarixində müstəsna əhəmiyyəti nəzərə alınaraq, Ulu Öndər Heydər Əliyevin 1995-ci il 15 dekabr tarixli Fərmanına əsasən noyabrın 12-si Azərbaycan Respublikasının Konstitusiya Günü elan edilib.

 

 

Keçidlər