Şriftin ölçüsü :

Saytın rəngi :

Şəkidə 15 iyun - Milli Qurtuluş Gününə həsr olunmuş toplantı keçirilib

12 iyun 2026 | 15:20

İyunun 12-də Şəki Şəhər İcra Hakimiyyətinin və Yeni Azərbaycan Partiyası Şəki rayon təşkilatının birgə təşkilatçılığı ilə 15 iyun - Milli Qurtuluş Gününə həsr olunmuş toplantı keçirilib.

Tədbirdə Şəki Şəhər İcra Hakimiyyətinin, YAP Şəki rayon təşkilatının, hüquq-mühafizə orqanlarının rəhbər şəxsləri, ziyalılar, partiya fəalları, ictimaiyyət nümayəndələri iştirak edib.

Toplantı iştirakçıları əvvəlcə Şəki Heydər Əliyev Mərkəzinin qarşısında ucaldılmış Ümummilli Lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyub, xatirəsini ehtiramla yad edilər.

Şəki Şəhər İcra Hakimiyyətində keçirilən tədbirdə Dövlət Himni səsləndirilib, Azərbaycan Respublikasının dövlət müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə çıxış edənlər Ulu Öndərin xalqımız qarşısındakı əvəzsiz xidmətlərindən bəhs ediblər.

Bildirilib ki, Ulu Öndər Heydər Əliyev öz xalqını zamanın mürəkkəb tarixi-siyasi sınaqlarından uğurla çıxarmış və ardıcıl mübarizə apararaq onu müstəqilliyə qovuşdurmuş qüdrətli şəxsiyyətdir. Xalqımız Ulu Öndərin əziz xatirəsini həmişə uca tutur və böyük ehtiramla yad edir, yenidən hakimiyyətə gəldiyi günü Azərbaycan Respublikasının dövlət bayramı – Milli Qurtuluş Günü kimi qeyd edir.

Qeyd olunub ki, Ulu Öndər Onun qətiyyətlə həyata keçirdiyi enerji strategiyası, uğurlu sosial-iqtisadi islahatları, demokratik cəmiyyətin qurulması istiqamətində gördüyü işlər ölkəmizin sürətli inkişafını təmin edib.

Vurğulanıb ki, bu gün cənab İlham Əliyev Ulu Öndər Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirir və Ulu Öndərin vəsiyyətini yerinə yetirərək torpaqlarımızı işğaldan azad edib.

Tədbirdə 15 iyun – Milli Qurtuluş Günü ərəfəsində Yeni Azərbaycan Partiyası sıralarına yeni qəbul edilmiş bir qrup gəncə üzvlük vəsiqələri təqdim edilib.

Sonda “Xalqın taleyini dəyişən zəfər günü” adlı sənədli filmi nümayiş olunub.

 

Keçidlər