Şriftin ölçüsü :

Saytın rəngi :

Şəkidə 15 iyun - Milli Qurtuluş Gününə həsr olunmuş ümumşəhər tədbiri keçirilib

13 iyun 2022 | 16:25

İyunun 13-də Şəki şəhərindəki Heydər Əliyev Mərkəzində 15 iyun - Milli Qurtuluş Gününə həsr olunmuş ümumşəhər tədbir keçirilib.

Əvvəlcə şəhər rəhbərliyi, ictimaiyyətin nümayəndələri müstəqil Azərbaycanın yaradıcısı və qurucusu, ümummilli lider Heydər Əliyevin mərkəzin qarşısındakı abidəsi önünə çiçəklər düzüb, Ulu Öndərə hörmət və ehtiramlarını nümayiş etdiriblər.

Mərkəzin akt zalında keçirilən bayram tədbirində Azərbaycan Respublikasının  Dövlət Himni səsləndirilib, torpaqlarımızın azadlığı və suverenliyi uğrunda şəhid olan soydaşlarımızın xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə çıxış edən Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov Ulu Öndərin xalqımız qarşısındakı əvəzsiz xidmətlərindən ətraflı bəhs edib, müstəqil respublikamızın etdiyi uğurların birbaşa Heydər Əliyevin adı ilə bağlı olduğunu, məhz Ulu Öndərin respublika rəhbərliyinə qayıdışından sonra ölkəmizin sürətli inkişaf yoluna qədəm qoyduğunu, onun layiqli davamçısı Prezident cənab İlham Əliyevin məqsədyönlü siyasəti nəticəsində ölkəmizin iqtisadi qüdrətinin daha da artdığını, müstəqil Azərbaycanın dünya birliyində öz layiqli yerini tutduğunu bildirib. Vurğulayıb ki, Vətən Müharibəsində qazanılan möhtəşəm Zəfər də bu uğurların məntiqi nəticəsidir.

Tədbirdə Şəki şəhər 4 №-li uşaq musiqi məktəbinin hazırladığı konsert proqramı nümayiş olunub.

Keçidlər