Şriftin ölçüsü :

Saytın rəngi :

Şəkidə 15 May "Beynəlxalq Ailə Günü" münasibətilə maarifləndirici tədbir keçirilib

15 may 2026 | 17:38

Şəki Şəhər İcra Hakimiyyətinin və Şəki rayonu üzrə təhsil sektorunun təşəbbüsü ilə 15 may 2026-cı il tarixdə Şəki Şəhər 7 nömrəli tam orta ümumtəhsil məktəbində 15 May “Beynəlxalq Ailə günü”nə həsr edilmiş "Ailə-sevginin və dəyərlərin ünvanı" adlı maarifləndirici tədbir keçirilib.

Tədbirdə Şəki Şəhər İcra Hakimiyyəti başçısı aparatının Hüquq və kadr məsələləri sektorunun müdiri,Şəki Şəhər İcra Hakimiyyəti yanında Uşaq Hüquqlarının Müdafiəsi üzrə  Komissiyanın sədri  Ziyad Əliəkbərli, Şəki Şəhər İcra Hakimiyyəti yanında Uşaq Hüquqlarının Müdafiəsi üzrə  Komissiyanın məsul katibi, böyük məsləhətçisi Günəş Əzimova, Şəki Şəhər İcra Hakimiyyətinin Ərazi-təşkilat və ictimai-siyasi məsələlər şöbəsi İctimai-siyasi və humanitar məsələlər sektorunun aparıcı məsləhətçisi, Şəki Şəhər İcra Hakimiyyəti yanında Uşaq Hüquqlarının  Müdafiəsi üzrə  Komissiyanın məsləhətçi-psixoloqu Xəyalə Bəkirova,YAP Şəki rayon təşkilatının sədr müavini Ziya Vəliyev, Şəki-Zaqatala Regional Təhsil İdarəsinin Şəki rayonu üzrə təhsil sektorunun müdiri Zamik Cəbiyev, hüquq-mühafizə orqanlarının əməkdaşları, şəhid anaları, məktəbin müəllim kollektivi, şagirdləri iştirak etmişlər.

Əvvəlcə Ulu öndər Heydər Əliyevin, ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçən oğul və qızlarımızın əziz xatirələri bir dəqiqəlik sükutla yad edilib.

Şəki Şəhər İcra Hakimiyyəti başçısı aparatının Hüquq və kadr məsələləri sektorunun müdiri, Şəki Şəhər İcra Hakimiyyəti yanında Uşaq Hüquqlarının Müdafiəsi üzrə  Komissiyanın sədri Ziyad Əliəkbərli, Şəki rayonu üzrə təhsil sektorunun müdiri Zamik Cəbiyev, məktəbin direktoru Nəzakət Qəhrəmanzadə çıxış edərək milli-mənəvi dəyərlərimizdən, ailə dəyərlərinin möhkəmləndirilməsindən və əhəmiyyətindən, ailədaxili münasibətlərdə qarşılıqlı hörmət və anlayışın önəmindən danışmışlar.

Çıxışlarda ailə dəyərlərinin təşviqi və sosial rifahının gücləndirilməsi istiqamətində görülən işlər diqqət mərkəzində olub.

Tədbirdə məktəbin şagirdləri tərəfindən böyük həvəs və ruh yüksəkliyi ilə ailə, sevgi, qayğı və hörmət mövzularını əhatə edən ədəbi-bədii-musiqili kompozisiyalar,  səhnəciklər göstərilmiş, bu mövzularda videoçarxlar nümayiş etdirilmişdir.

Şagirdlərin inamlı və duyğulu çıxışları tədbir iştirakçıları tərəfindən alqışlarla qarşılanmış və tədbirə xüsusi ahəng bəxş etmişdir.

Tədbirin sonunda məktəb rəhbərliyi qonaqlara və çıxışları ilə tədbiri mənalı edən bütün şagirdlərə təşəkkürünü bildirmişdir.

 

 

Keçidlər