Şriftin ölçüsü :

Saytın rəngi :

Şəkidə “17 Noyabr - Milli Dirçəliş Gününun ölkəmizin müstəqilliyinin bərpa edilməsində tarixi rolu” mövzusunda tədbir keçirilib

17 noyabr 2025 | 17:26
Noyabrın 17-də Şəki Şəhər İcra Hakimiyyəti Şəki şəhər Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə “17 Noyabr - Milli Dirçəliş Gününun ölkəmizin müstəqilliyinin bərpa edilməsində tarixi rolu” mövzusunda tədbir keçirilib.
Şəki Heydər Əliyev Mərkəzində keçirilən tədbirdə Şəki Şəhər İcra Hakimiyyətinin, Şəki şəhər Heydər Əliyev Mərkəzinin məsul şəxsləri, ziyalılar, ictimaiyyət nümayəndələri və gənclər iştirak ediblər.
Tədbir Dövlət Himninin səsləndirilməsi ilə başlayıb, şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Çıxışlarda bildirilib ki, 17 noyabr hadisələri Azərbaycan xalqının birliyi, həmrəyliyi azadlıq iradəsinin simvoludur. 1988-ci il noyabrın 17-də başlayan xalq Azərbaycanda ictimai-siyasi fikirdə dönüş yaratdı, milli özünüdərk prosesini gücləndirdi sonradan müstəqilliyin bərpasına aparan ideoloji zəmini formalaşdırdı.
Qeyd olunub ki, Azərbaycanın müstəqilliyi Ulu Öndər Heydər Əliyevin sayəsində əbədi və dönməz xarakter almışdır.
Vurğulanıb ki, bu gün Ulu Öndər Heydər Əliyevin siyassi kursunu uğurla davam etdirən Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan tarixinin ən qüdrətli dövrünü yaşayır. Tarixi Zəfərimiz xalqımızın yenilməzliyinin, məğrurluğunun dünyaya təqdimatıdır.
Tədbirin sonunda 17 Noyabr - Milli Dirçəliş Gününə həsr olunmuş videoçarx nümayiş olunub
Keçidlər