Şriftin ölçüsü :

Saytın rəngi :

Şəkidə 18 dekabr - Beynəlxalq Miqrant Gününə həsr olunmuş tədbir keçirilib

16 dekabr 2023 | 08:57

Dekabrın 15-də "Heydər Əliyev" İli şərşivəsində Şəki Heydər Əliyev Mərkəzində 18 dekabr - Beynəlxalq Miqrant Gününə həsr olunmuş maarifləndirici tədbir keçirilib.

Şəki Regional Miqrasiya İdarəsi ilə Şəki Şəhər İcra Hakimiyyətinin birgə təşkil etdiyi tədbirdə idarə və təşkilatların rəhbərləri, turizm sahəsində çalışan sahibkarlar, rayonda yaşayan əcnəbilər və ictimaiyyətin nümayəndələri iştirak ediblər.

Tədbirdə əvvəlcə Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Sonra Ümummilli Liderin həyat və fəaliyyətindən bəhs edən videoçarx nümayiş olunub.

Tədbiri giriş sözü ilə açan Şəki Şəhər İcra Hakimiyyətinin Hüquq şöbəsinin müdiri Ziyad Əliəkbərli hər il ənənəvi olaraq qeyd edilən Beynəlxalq Miqrant Gününün əhəmiyyətinə toxunub. Bildirib ki, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, əməkçi miqrantların, o cümlədən qaçqınların hüquqlarının qorunması, inteqrasiya yolu ilə cəmiyyətin inkişaf prosesinə cəlb edilməsi məsələləri hər zaman dövlətimizin diqqətindədir.

Tədbirdə çıxış edən Şəki Regional Miqrasiya İdarəsinin inspektoru Ruslan Qarayev Ulu Öndər Heydər Əliyevin dövlətimiz və xalqımız qarşısındakı tarixi xidmətlərindən danışıb.

Sonra Şəki Regional Miqrasiya İdarəsinin şöbə rəisi Rəşad Bağırov Dövlət Miqrasiya Xidmətinin yaradılması və fəaliyyəti, Şəki Regional Miqrasiya İdarəsinin regiondakı rolu barədə çıxış edib, Şəki Regional Miqrasiya İdarəsinin bölmə rəisi Şahsuvar Məmmədəliyev çıxış edərək əcnəbi və vətəndaşlığı olmayan şəxslərin respublika ərazisində qeydiyyatı qaydalarından söz açıb.

Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

Keçidlər