Şriftin ölçüsü :

Saytın rəngi :

Şəkidə 20 Sentyabr - Azərbaycan Respublikasının Dövlət Suverenliyi Günü qeyd olunub

20 sentyabr 2025 | 10:56

20 Sentyabr - Azərbaycan Respublikasının Dövlət Suverenliyi Günü münasibətilə Şəki Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə toplantı keçirilib.

Tədbirdə Şəki Şəhər İcra Hakimiyyətinin rəhbər şəxsləri, hüquq-mühafizə orqanlarının nümayəndələri, Şəki Şəhər İcra Hakimiyyəti yanında İctimai Şuranın  üzvləri, ziyalılar, şəhid ailələrinin üzvləri, müharibə veteranları, gənclər iştirak ediblər.

Tədbir iştirakçıları öncə Şəki şəhər Heydər Əliyev Mərkəzinin qarşısında ucaldılan dahi şəxsiyyətin abidəsi önünə gül-çiçək düzüb, xatirəsinə ehtiramlarını bildiriblər.

Şəki Şəhər İcra Hakimiyyətinin akt zalında keçirilən tədbir Dövlət Himninin səsləndirilməsi ilə başlayıb, şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Tədbirdə çıxış edən Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov, Şəki Şəhər İcra Hakimiyyəti başçısının müavini – İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri  Xəyalə Töhrablı, ADPU-nun Şəki filialının Humanitar fənlər kafedrasının müəllimi  Səlamət Ədilova,  Vətən müharibəsi  əlili Polad Mədəni 20 Sentyabr - Dövlət Suverenliyi Gününün Azərbaycan tarixindəki əhəmiyyətindən, müstəqil dövlətçiliyimizin möhkəmlənməsində həlledici rolundan danışıblar. Qeyd olunub ki, 2020-ci il sentyabrın 27-də Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında başlayan əks-hücum əməliyyatı şanlı Qələbə ilə başa çatıb. Vurğulanıb ki, 2023-cü il sentyabr ayının 19-dan başlayaraq Qarabağda həyata keçirilən və cəmi 23 saat davam edən lokal xarakterli antiterror tədbirləri nəticəsində respublikamızın suverenliyi tam bərpa olunub. Hazırda Azərbaycan Respublikasının Dövlət Bayrağı suverenliyimizin bərqərar olduğu bütün ərazilərdə əzəmətlə dalğalanır.

Sonra tədbirdə 20 Sentyabr - Azərbaycan Respublikasının Dövlət Suverenliyi Günü ilə bağlı hazırlanmış sənədli film nümayiş olunub.

Tədbirdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə dövlət qulluğunda səmərəli fəaliyyətinə görə  təltif olunmuş Şəki Şəhər İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Günəş Əzimovaya “Dövlət qulluğunda fərqlənməyə görə” medalı, həmçinin, təhsildə və özünüinkişaf sahəsində əldə etdiyi yüksək nailiyyətlərə, dövlət qulluğunda nümunəvi fəaliyyətinə görə Şəki Şəhər İcra Hakimiyyəti başçısının Cumakənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin baş məsləhətçi-baş mühasibi Məmmədəli İmamova Şəki Şəhər İcra Hakimiyyətinin  Fəxri Fərmanı təqdim edilib.

 

Keçidlər