Şriftin ölçüsü :

Saytın rəngi :

Şəkidə 20 Sentyabr - Dövlət Suverenliyi Günü qeyd olunub

18 sentyabr 2026 | 15:40

20 Sentyabr - Azərbaycan Respublikasının Dövlət Suverenliyi Günü münasibətilə Şəki Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə tədbir keçirilib.

Tədbirdə Şəki Şəhər İcra Hakimiyyətinin, Yeni Azərbaycan Partiyasının Şəki rayon təşkilatının rəhbər şəxsləri, Şəki Şəhər İcra Hakimiyyəti yanında İctimai Şuranın üzvləri, ziyalılar, şəhid ailələrinin üzvləri, müharibə veteranları iştirak ediblər.

Tədbir iştirakçıları öncə Şəki şəhər Heydər Əliyev Mərkəzinin qarşısında ucaldılan dahi şəxsiyyət Heydər Əliyevin abidəsi önünə gül-çiçək düzüb, xatirəsinə ehtiramlarını bildiriblər.

Şəki Şəhər İcra Hakimiyyətinin akt zalında keçirilən tədbir Dövlət Himninin səsləndirilməsi ilə başlayıb, sonra şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Tədbirdə çıxış edən Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov, Şəki Şəhər İcra Hakimiyyəti başçısının müavini– Ərazi-təşkilat və ictimai-siyasi məsələlər şöbəsinin müdiri Xəyalə Töhrablı, şəhid Bəxtiyar İdrisovun atası İxtiyar İdrisov və 2-ci dərəcəli müharibə əlili Cavanşir Məmmədov 44 günlük Vətən müharibəsində qazanılan tarixi Qələbədən və dövlət suverenliyimizin tam bərpasının əhəmiyyətindən danışıblar. Bildirilib ki, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyətli siyasi əzmi, Ordumuzun şücaəti və xalqımızın milli həmrəyliyi nəticəsində ərazi bütövlüyümüz, dövlət suverenliyimiz tam bərpa olunub. Əldə olunan nailiyyətlər qarşıdakı dövrdə daha böyük hədəflər üçün möhkəm zəmin yaradır.

Sonra tədbirdə ARB 24 Televiziyasının istehsalı olan “Suverenliyin bərpasına aparan imza” sənədli filmi nümayiş olunub.

Keçidlər