Şriftin ölçüsü :

Saytın rəngi :

Şəkidə 26 Fevral - Xocalı soyqırımı gününə həsr olunmuş tədbirlər keçirilir

24 fevral 2023 | 17:05

XX əsrin faciəsi olan Xocalı soyqırımından 31 il ötür. Bu qanlı faciənin ildönümü ilə bağlı Şəkinin idarə, müəssisə və təşkilatlarında, təhsil müəssisələrində silsilə tədbirlər keçirilir.

Fevralın 24-də Şəki Heydər Əliyev Mərkəzində Şəki Şəhər İcra Hakimiyyəti ilə Şəki Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə 26 Fevral - Xocalı soyqırımı gününə həsr olunmuş tədbir keçirilib.

Tədbir iştirakçıları əvvəlcə Xocalı soyqırımı ilə bağlı mərkəzin foyesində təşkil olunmuş fotosərgi ilə tanış olmublar.

Sonra torpaqlarımızın işğaldan azad edilməsi uğrunda canlarını qurban vermiş şəhidlərimizin, o cümlədən Xocalı şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Tədbirdə Xocalı faciəsinin insanlığa qarşı ən böyük cinayət olduğu, bu soyqırımı nəticəsində 613 nəfərin həyatına son qoyuduğu, 1275 dinc sakinin əsir götürüldüyü, 150 nəfər itkin düşdüyü bildirilib.

Vurğulanıb ki, Xocalı soyqırımına yalnız ümummilli liderimiz Heydər Əliyevin təşəbbüsü və diqqəti sayəsində hüquqi-siyasi qiymət verilmişdir. Bu gün Xocalı soyqırımı ilə bağlı həqiqətlərin beynəlxalq aləmdə təbliği və günahkarların öz cəzasını alması istiqamətində Prezident cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın rəhbərliyi ardıcıl tədbirlər həyata keçirilir. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə keçirilən “Xocalıya ədalət” kampaniyası çərçivəsində Xocalı soyqırımının dünyada tanıdılması istiqamətində məqsədyönlü işlər aparılır.

 Qeyd olunub ki, 2020-ci il Vətən müharibəsində Azərbaycan Ordusu 30 il işğal altında qalan torpaqlarımızı azad etdi. 44 günlük müharibədə misilsiz igidlik nümunələri göstərən qəhrəman ordumuz Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Xocalı faciəsi qurbanlarının da qisasını aldı, şəhidlərimizin qanı yerdə qalmadı.

Tədbirin sonunda Xocalı soyqırımı dəhşətlərindən bəhs edən sənədli film nümayiş olunub.

Keçidlər