Şəkidə 26 İyun – Azərbaycan Respublikasının Silahlı Qüvvələr Gününə həsr olunmuş toplantı keçirilib
İyunun 25-də Şəki Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə Azərbaycan Respublikasının Silahlı Qüvvələr Gününə həsr olunmuş toplantı keçirilib.
Şəki Şəhər İcra Hakimiyyətinin akt zalında keçirilən tədbirdə Şəki Şəhər İcra Hakimiyyətinin rəhbərliyi, hüquq-mühafizə orqanlarının nümayəndələri, şəhid ailələrinin üzvləri, veteranlar, hərbi qulluqçular, ictimaiyyətin nümayəndələri iştirak ediblər.
Tədbirdə əvvəlcə Dövlət Himni səsləndirilib, Azərbaycan Respublikasının dövlət müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə çıxış edən Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov və müharibə iştirakçısı, ehtiyyatda olan zabit Natiq Salamov hərbi qulluqçuları, əsgər və zabitləri Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yaranmasının 108-ci ildönümü münasibətilə təbrik ediblər, Azərbaycan Silahlı Qüvvələrinin yaranma tarixindən, keçdiyi inkişaf və döyüş yolundan, nizami ordu quruculuğunun önəmli məqamlarından danışıblar. Bildirilib ki, Azərbaycan Silahlı Qüvvələrinin şərəfli tarixi xalqımızın ümummilli lideri Heydər Əliyevin adı ilə bilavasitə bağlıdır.
Vurğulanıb ki, Milli Ordumuzun keçdiyi döyüş yolunun zirvəsi, Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində qazanılmış möhtəşəm Qələbə - Qarabağ Zəfəridir.
Sonra tədbirdə Xəzər Media Mərkəzinin hazırladığı “Xüsusi təyinatlılar” adlı sənədli film nümayiş etdirilib.







