Şriftin ölçüsü :

Saytın rəngi :

Şəkidə 27 mart – Elm Gününə həsr olunmuş elmi-praktiki konfrans keçirilib

28 mart 2024 | 18:08

Martın 28-də Şəki Heydər Əliyev Mərkəzində 27 mart – Elm Gününə həsr olunmuş elmi-praktiki konfrans keçirilib.

 AMEA-nın Şəki Regional Elmi Mərkəzinin təşkilatçılığı ilə keçirilən tədbirdə ziyalılar, elm adamları, ictimaiyyət nümayəndələri  iştirak ediblər.

Konfrans iştirakçıları əvvəlcə Şəki Heydər Əliyev Mərkəzinin qarşısında ucaldılmış Ümummilli Lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyub, unudulmaz xatirəsini ehtiramla yad edilər.

Tədbirdə Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və Azərbaycan Respublikasının dövlət müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Konfransı giriş sözü ilə açan Şəki Regional Elmi Mərkəzinin direktoru, fizika üzrə fəlsəfə doktoru, dosent Yusif Şükürlü Azərbaycan elminə şəraitin yaradılmasında Ulu öndər Heydər Əliyevin və onun layiqli davamçısı Prezident cənab İlham Əliyevin əvəzsiz xidmətlərini xüsusilə vurğulayıb. O, konfransın hesabat xarakteri daşıdığını və əsas məqsədin Şəki REM-in elmi tədqiqatlarda əldə etdiyi son nailiyyətlərinin ictimaiyyətə təqdim edilməsi, elmin populyarlaşdırılması və ictimaiyyətlə əlaqələrin genişləndirilməsi olduğunu nəzərə çatdırıb.

Şəki Şəhər İcra Hakimiyyəti başçısının müavini Elman İmamverdiyev çıxış edərək Elm Gününün təsis edilməsinin Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin elmə, ziyalılarımıza olan diqqət və qayğısının nəticəsi olduğunu bildirib, 27 mart-Elm Günü münasibətilə Azərbaycanın alim və ziyalılarını, o cümlədən Şəki REM-in elm sahəsində çalışan əməkdaşlarını təbrik edib, konfransın işinə uğurlar diləyib.

Elmi Mərkəzin direktoru Yusif Şükürlü konfrans iştirakçılarını Şəki REM-in 2023-cü ildə əldə edilmiş nailiyyətləri ilə ətraflı tanış edib.

Şəki-Zaqatala Regional Təhsil İdarəsinin Şəki rayonu üzrə təhsil sektorunun müdiri Zamik Cəbiyev, Yeni Azərbaycan Partiyası Şəki rayon təşkilatının məsləhətçisi Vüqar Qafurov, ADPU-nun Şəki filialının Təbiət fənləri və onların texnologiyaları kafedrasının baş müəllimi Səadət Feyzullayeva elm və təhsil sahəsində çalışan alim və ziyalıları onların peşə bayramları - “Elm Günü” münasibətilə təbrik edib, gələcək fəaliyyətlərində uğurlar arzulayıblar.

Konfransda, həmçinin Şəki REM-in əməkdaşları- Tarix, arxeologiya və epiqrafika şöbəsinin baş elmi işçisi, pedoqoji elmlər doktoru, professor Firədun İbrahimov, böyük elmi işçisi tarix üzrə fəlsəfə doktoru Akif Məmmədli, Landşaftşünaslıq şöbəsinin rəhbəri geologiya-minerologiya elmləri üzrə fəlsəfə doktoru Hüseyn Mustafabəyli, Tut ipəkqurdunun seleksiyası şöbəsinin rəhbəri, biologiya üzrə fəlsəfə doktoru, dosent Qüdürət Bəkirov, Ekoloji coğrafiya şöbəsinin rəhbəri, coğrafiya fizika üzrə fəlsəfə doktoru Qafqaz Ağabalayev, Tarix, arxeologiya və epiqrafika şöbəsinin rəhbəri Rahim Həsənov, Şəki REM-in Ekoloji biofizika şöbəsinin elmi işçisi Ayşən Salmanova çıxış edərək görülən işlər haqqında məlumat veriblər.

Keçidlər