Şriftin ölçüsü :

Saytın rəngi :

Şəkidə 5 mart -Bədən Tərbiyəsi və İdman Günü münasibətilə müxtəlif tədbirlər keçirilib

06 mart 2026 | 09:33

Prezident İlham Əliyevin 2005-ci il 4 mart tarixli Sərəncamına əsasən hər ilin bu günü Bədən Tərbiyəsi və İdman Günü kimi qeyd edilir.

Ölkəmizdə idmanın inkişafı ildən-ilə daha geniş vüsət alır. Azərbaycan indi dünyada güclü idman ölkəsi kimi tanınır.

Ölkəmizdə Bədən Tərbiyəsi və İdman Gününün martın 5-də qeyd olunması isə təsadüfi deyil. Məhz 1995-ci il martın 5-də Ulu Öndər Heydər Əliyev Bakı İdman Sarayında dünya və Avropa çempionatlarının qalibləri və mükafatçıları ilə görüşüb, İdman Fondunu təsis edib, bədən tərbiyəsi və idmanın inkişafında yeni strategiyanın təməlini qoyub.

Şəkidə 5 mart -Bədən Tərbiyəsi və İdman Günü qeyd olunub. Bu münasibətlə idman ictimaiyyətinin nümayəndələri Ulu Öndərin Şəki Heydər Əliyev Mərkəzinin qarşısında ucaldılmış abidəsini ziyarət etmiş, dahi şəxsiyyətin xatirəsini ehtiramla yad etmişlər. Bədən Tərbiyəsi və İdman Günü münasibətlə ümumtəhsil məktəblərinin qız kamandaları arasında basketbol üzrə şəhər turniri, uşaq və yeniyetmələr arasında şahmat üzrə şəhər turniri və "Sağlam bədəndə sağlam ruh olar" mövzusunda rəsm müsabiqəsi, şagirdlərin fiziki fəallığının artırılması, sağlam həyat tərzinin təşviqi və idmana marağın gücləndirilməsi məqsədilə ibtidai sinif şagirdləri arasında idman viktorinası keçirilib. İdman ictimaiyyətinin nümayəndələri ilə keçirilən görüş zamanı il ərzində təşkil olunan idman tədbirlərində və yarışlarda xüsusi fəallıq göstərən, gənclərin idmana marağının artırılmasına mühüm töhfə verən müəllimlər Şəki-Zaqatala Regional Gənclər və İdman İdarəsi tərəfindən diplomlarla təltif olunublar.

 

 

 

 

Keçidlər