Şriftin ölçüsü :

Saytın rəngi :

Şəkidə 5 mart - Bədən Tərbiyəsi və İdman Günü münasibətilə şahmat turniri keçirilib

05 mart 2024 | 08:21

Şəkidə 5 mart - Bədən Tərbiyəsi və İdman Günü münasibətilə Şəki Şəhər İcra Hakimiyyətinin və kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliklərin əməkdaşları arasında şahmat turniri keçirilib.

Turnir martın 4-də Şəki Şəhər İcra Hakimiyyətinin, Şəki-Zaqatala Regional Gənclər və İdman İdarəsinin Şəki şəhəri üzrə gənclər və idman sektorunun, Şəki Şəhər Uşaq-Gənclər İdman-Şahmat Məktəbinin birgə təşkilatçılığı və Dövlət İdarələri İşçiləri Həmkarlar İttifaqının Şəki Şəhər Komitəsinin dəstəyi ilə Şəki Heydər Əliyev Mərkəzində keçirilib.

Turnirin açılış mərasimində çıxış edənlər iştirakçıları Bədən Tərbiyəsi və İdman Günü münasibətilə təbrik ediblər. Bildirilib ki, 4 mart 2005-ci ildə Bədən Tərbiyəsi və İdman Gününün təsis edilməsi ilə ölkəmizdə bədən tərbiyəsi və idmanın inkişafında yeni strategiyanın təməli qoyulub. Vurğulanıb ki, ölkəmizdə idmanın inkişafı ildən ilə daha geniş vüsat alır. İndi Azərbaycan dünyada güclü idman ölkəsi kimi tanınır.

Yarışda 15 nəfər qalib adı uğrunda mübarizə aparıb. Qaliblər Şəki-Zaqatala Regional Gənclər və İdman İdarəsinin diplomları ilə təltif olunublar, onlara Dövlət İdarələri İşçiləri Həmkarlar İttifaqının Şəki Şəhər Komitəsinin qiymətli hədiyyələri təqdim olunub.

Keçidlər