Şriftin ölçüsü :

Saytın rəngi :

Şəkidə akademik Zərifə Əliyevanın 100 illik yubileyinə həsr olunmuş tədbir keçirilib

28 aprel 2023 | 12:15

Aprelin 28-də Şəki Şəhər İcra Hakimiyyəti və "Şəki Rayon Mərkəzi Xəstəxanası" PHŞ-nin birgə təşkilatçılığı ilə akademik Zərifə Əliyevanın 100 illik yubileyinə həsr olunmuş tədbir keçirilib.

“Şəki Rayon Mərkəzi Xəstəxanası" PHŞ-nin akt zalında keçirilən tədbirdə ictimaiyyət nümayəndələri, səhiyyə işçiləri iştirak ediblər.

Tədbirdə əvvəlcə Azərbaycanın Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin, akademik Zərifə Əliyevanın və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə akademik Zərifə xanım Əliyevanın zəngin və mənalı ömür yolu haqqında geniş məlumat verilib. Qeyd olunub ki, oftalmoloq alim  Zərifə Əliyevanın ölkəmizdə tibb elminin inkişafında xüsusi xidmətlər olub. O, səhiyyədə kadr hazırlığına və həkimlərin ixtisasının təkmilləşdirilməsinə gərgin əmək sərf edib. Zərifə xanım Əliyeva tanınmış ictimai xadim olmaqla yanaşı, gözəl həyat yoldaşı, qayğıkeş ana olub. Vurğulanıb ki, Zərifə xanım Əliyevanın zəngin həyat yolu hər bir azərbaycanlıya örnəkdir.

Tədbirin sonunda akademik Zərifə xanım Əliyevanın şərəfli həyat yolundan, elmi nailiyyətlərindən, ictimai xadim kimi əvəzsiz fəaliyyətlərindən bəhs edən videoçarx nümayiş olunub.

Keçidlər