Şriftin ölçüsü :

Saytın rəngi :

Şəkidə ali məktəblərə qəbul imtahanlarında yüksək bal toplayan məzunlarla görüş keçirilib

09 sentyabr 2023 | 10:17

Sentyabrın 8-də 2022-2023-cü tədris ilin yekunlarına görə Şəki rayonu üzrə  600-dən  yuxarı bal toplayaraq ali məktəblərə qəbul olmuş məzunlarla və Respublika fənn  olimpiadalarının və digər müsabiqələrin respublika turunun qalibləri ilə görüş keçirilib.

Şəki Heydər Əliyev Mərkəzində keçirilən tədbirdə ictimaiyyət nümayəndələri, təhsil işçiləri, ali məktəblərə qəbul olmuş  məzunlar, Respublika fənn  olimpiadalarının və digər müsabiqələrin respublika turunun qalibləri, şəhid ailələrinin üzvləri, qazilər, valideynlər iştirak edib.

Tədbirdə əvvəlcə Azərbaycanın dövlət himni səsləndirilib, Ümummilli Lider Heydər Əliyevin, Azərbaycan Respublikasının dövlət müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olanların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Şəki rayonu üzrə Təhsil Sektorunun müdiri Zamik Cəbiyev 2022-2023-cü tədris ilin yekunları ilə bağlı Şəki rayonunda təhsil sahəsində əldə olunmuş nəticələrə dair məruzə ilə çıxış edib.

Tədbirdə Şəki Şəhər İcra Hakimiyyətinin başçısı cənab Elxan Usubov çıxış edərək Prezident cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın diqqət və qayğısı nəticəsində son illər ölkəmizdə təhsilin inkişafı ilə bağlı kompleks tədbirlərin həyata keçirildiyini bildirib, Şəkidə elmə, təhsilə həmişə böyük maraq olduğunu vurğulayıb, cari ildə şagirdlərimizin əldə etdiyi nəticələrdən bəhs edib,  ali məktəblərə daxil olaraq tələbə adını qazanan məzunları təbrik edib, gənclərimizə dövlətini sevən əsl vətəndaş olmağı arzulayıb.

Tədbirdə Şəki-Zaqatala Regional Təhsil İdarəsinin müdiri Bəhruz Mehdiyev, ATİAHİ Şəki rayon komitəsinin sədri Ziyafət Xasiyeva, İkinci Qarabağ müharibəsi veteranı,   İbrahimkənd kənd tam orta məktəbinin direktoru Cəlal Bayramov, 665,5 bal toplayaraq ali məktəbə qəbul olmuş, Respublika fənn olimpiadasının bürünc mükafatçısı, Şəki şəhər 7 №-li tam orta məktəbin qızıl döş nişanlı məzunu Zəhra Sadıqlı,  Kimya-biologiya təmayüllü liseyin müəllimi Sevinc Ziyəddinova, şahmat üzrə  dünya çempionatının gümüş mükafatçısı Süleyman Süleymanlının anası əməkdar məşqçi-müəllim Gülnarə  Süleymanova çıxış etmişdir.

Sonra 2022-2023-cü tədris ilin yekunlarına görə Şəki rayonu üzrə  600-dən  yuxarı bal toplayaraq ali məktəblərə qəbul olmuş məzunların və Respublika fənn  olimpiadalarının və digər müsabiqələrin respublika turunun qaliblərinin mükafatlandırılması mərasimi keçirilmişdir.

Şəki Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı və Şəki 1 saylı mediasiya təşkilatının dəstəyi ilə Şəkinin təhsil müəssisələrinin 2022-2023-cü tədris ili üzrə qızıl və gümüş nişanla təltif olunan  məzunları qiymətli hədiyyələrlə mükafatlandırılmışdır.

Yeni tədris ilinin başlanması ilə əlaqədar Şəki Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı və yerli iş adamı Rahim Calalovun dəstəyi ilə Vətən müharibəsi şəhidlərinin və əlillərinin övladları üçün məktəbli geyimi və ləvazimatlarından ibarət hazırlanmış hədiyyələr uşaqların valideynlərinə təqdim edilmişdir.

Tədbir bədii hissə ilə başa çatmışdır.

Keçidlər