Şəkidə "Anım Günü" ərəfəsində şəhid ailələri ziyarət olunur
21 sentyabr 2023 | 08:00
27 sentyabr "Anım Günü" ərəfəsində Şəki Şəhər İcra Hakimiyyətinin təşəbbüsü ilə rayon ərazisində yaşayan şəhid ailələri, müharibə əlilləri və iştirakçıları ziyarət olunur.
Şəhər rəhbərliyi Şəki Şəhər İcra Hakimiyyəti yanında İctimai Şuranın üzvləri, gənclər təşkilatlarının nümayəndələri ilə birgə torpaqlarımızın azadlığı uğrunda canından keçən Vətən oğullarının ailə üzvləri ilə görüşür, onların problem və qayğıları ilə maraqlanırlar.
Qeyd edək ki, Anım Günü ərəfəsində Şəki Şəhər İcra Hakimiyyəti tərəfindən şəhid ailələrinin üzvlərinə maddi köməklik göstərilməsi nəzərdə tutulmuşdur.