Şriftin ölçüsü :

Saytın rəngi :

Şəkidə Anım Günü ilə bağlı silsilə tədbirlər keçirilir.

19 sentyabr 2025 | 12:32

27 Sentyabr - Anım Gününun beşinci ildönümünün qeyd edilməsi ilə bağlı Tədbirlər Planına əsasən Şəki şəhərində silsilə tədbirlər keçirilir.

Sentyabr ayının 16-da Şəki Şəhər İcra Hakimiyyəti ilə “Şəki Rayon Mərkəzi Xəstəxanası” PHŞ-nin birgə təşkil etdiyi tədbirdə əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin və bütün şəhidlərimizin əziz xatirələri bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə çıxış edənlər Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun qazandığı şanlı Qələbənin tarixi əhəmiyyətindən danışıblar. 44 günlük Vətən müharibəmizin başlanma tarixinin uzaq keçmişdən başlayan ədalətsiz tarixi prosesi dəyişən, ərazi bütövlüyümüzün bərpasına, suverenliyin tam bərqərar olunmasına və torpaqlarımıza əsl sahiblərinin əbədi qaytarılmasına yol açan tarixi gün olduğu xüsusi qeyd edilib. Tariximizə qızıl hərflərlə yazılan Qələbənin qazanılmasında xalqımızın rolu, qəhrəman oğullarımızın igidlik və şücaət nümunələri iştirakçıların diqqətinə çatdırılıb.

Sonra tədbirdə Anım Gününə həsr olunmuş videoçarx nümayiş etdirilib.

Qeyd edək ki, silsilə tədbirlər çərçivəsində iştirakçılar şəhid məzarlarını ziyarət edir, Azərbaycan Respublikasının azadlığı, ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçən əziz soydaşlarımıza öz ehtiramlarını ifadə edirlər.

 

Keçidlər